Modern.az

Məşhur “Qaya” ansamblının İsraildə yaşayan üzvü vəfat etdi

Məşhur “Qaya” ansamblının İsraildə yaşayan üzvü vəfat etdi

27 Sentyabr 2021, 00:25

Azərbaycanın məşhur "Qaya" ansamblının İsraildə yaşayan üzvü, Xalq artisti Teymur Mirzəyev sentyabrın 26-da dünyasını dəyişib.

Modern.az xəbər verir ki, bu barədə Rəşid Behbudov Fondunun rəhbəri Kamil şahverdi bildirib.
 

Beləliklə "Qaya" ansamblının dördüncü uzvü də haqq dünyasına qovuşub.

1961-ci ildə Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbində təhsil alan dörd gənc - Arif Hacıyev, Adil Nəzərov, Rauf Babayev və Teymur Mirzəyev vokal kvartet yaratmaq fikrinə düşür. Qrupun ilk çıxışları tələbə yığıncaqlarında və musiqi məktəbinin kiçik otaqlarında baş tutur.
"Qaya" vokal ansamblı 1961-ci ildən 1988-ci ilə qədər fəaliyyət göstərib. Qrup Azərbaycan, ingilis, ispan, polyak və rus dilində mahnılar ifa edib.

 T.Mirzəyev 1961-ci ildə "Qaya" ansamblının bədii rəhbəri və solisti olmuşdu. 

Allah rəhmət eləsin...

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir