Arxiv
27 Sentyabr 2021, 09:22 | ALLAH RƏHMƏT ELƏSİN
Professor Buludxan Xəlilov vəfat edib

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Müasir Azərbaycan dili kafedrasının müdiri Buludxan Xəlilov vəfat edib.

 

Modern.az xəbər verir ki, 55 yaşında dünyasını dəyişən B.Xəlilov xərçəng xəstəliyindən əziyyət çəkirdi.

 

Buludxan Xəlilov 1966-cı  il iyulun 25-də Qərbi Azərbaycanın Amasiya rayonunun Ellərkənd kəndində anadan olub. Burada kənd orta məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyatı fakültəsində təhsil alıb (1983-1990). Ordu sıralarında hərbi xidməti borcunu yerinə yetirib (1985-1987). Əmək fəaliyyətinə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili kafedrasında laborant kimi başlayıb. Burada baş laborant, müəllim (1990-1996) işləyib, 2001-ci ildən professor idi.
O, uzun illər Filologiya fakültəsinin dekanı vəzifəsində işləyib.

Müasir ədəbi-tənqidi fikrin, ədəbi irsin araşdırılmasında öz dəst-xətti ilə seçilib. Ədəbi dilin tədqiqinə dair bir sıra monoqrafik əsərin müəllifidir. Uzun müddət dövri mətbuatda elmi, elmi-kütləvi məqalələrlə çıxış edib.

 

Allah rəhmət eləsin…

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv