Modern.az

Paşinyan terrorçuların lideri ilə müzakirə apardı

Paşinyan terrorçuların lideri ilə müzakirə apardı

Dünya

27 Sentyabr 2021, 10:19

Ermənistan baş naziri Nikol Paşinyan Qarabağda terrorçularının rəhbəri Arayik Arutunyanla telefonda danışıb.

 

Modern.az xəbər verir ki, müzakirələr Ermənistanın sarsıdıcı məğlubiyyətə uğradığı II Qarabağ Müharibəsinə həsr olunub.

 

Xatırladaq ki, Arayik Arutunyanın barəsində yol verdiyi hərbi cinayətlərə görə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100.1, 100.2 (Təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116.0.1, 116.0.6, 116.0.7, 116.0.8-1 (Silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 117.2 (Silahlı münaqişə zamanı cinayətkar əmr vermə), 120.2.1, 120.2.4, 120.2.12 (Qəsdən adam öldürmə), 186.3 (Əmlakı qəsdən məhv etmə), 214.2.1, 214.2.3 (Terrorçuluq), 218.3 (Cinayətkar birlik (təşkilat) yaratma), 279.3-cü (Qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri yaratma) maddələri ilə cinayət işi başlanılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi