Modern.az

Koronavirusa yoluxmuş “Aşıq Yedigar”ın son vəziyyəti - AÇIQLAMA

Koronavirusa yoluxmuş “Aşıq Yedigar”ın son vəziyyəti - AÇIQLAMA

Mədəni̇yyət

27 Sentyabr 2021, 11:02

Koronavirusa yoluxmuş Şuşa Musiqili Dram Teatrının rəhbəri, Əməkdar artist Yadigar Muradovun səhhəti pisləşdiyindən Zığ qəsəbəsindəki Modul Tipli Xəstaxanaya yerləşdirlib.

Y.Muradov özünün hazırkı vəziyyəti ilə bağlı Modern.az-a açıqlama verib. O, vəziyyətinin orta-stabil olduğunu söyləyib:

“Vəziyyətim orta- stabildir. Modul tipli xəstəxanda yatılı vəziyyətdə müalicə alıram”.

Qeyd edək ki, Y. Muradov 1990-cı ildən Şuşa Dövlət Musiqili Dram Teatrının direktorudur. O, vaxtilə ANS televiziyasında yayımlanan “Qulp” verilişinin aparıcı obrazlarından biri - “Aşıq Yedigar” kimi tanınıb.


Humay İsgəndərova

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar