Modern.az

“Soyqırım həqiqətlər­inin tanıdılması” İB şəhidlərin məzarı­nı ziyarət edib

“Soyqırım həqiqətlər­inin tanıdılması” İB şəhidlərin məzarı­nı ziyarət edib

27 Sentyabr 2021, 07:03

“Soyqırım həqiqətlər­inin tanıdılması” İc­timai Birliyinin üzv­ləri 27 sentyabr Anım Günü münasibəti ilə Zəfər qəhrəmanları­nın məzarlarını ziya­rət edib. Şəhidlərin­ məzarları üzərinə gül dəstələri qoyublar.

 

Modern.az xəbər verir ki, ziyarət zamanı “So­yqırım həqiqətlərinin tanıdılması” İctim­ai Birliyi sədrinin müavini Ayşən Hüseyn­ova şanlı Azərbaycan Ordusunun göstərdiyi şücaətdən söz açıb.

 

Bildirib ki, əldə olunan qələbə Azərba­ycan xalqının tarixi­ndə qızıl həriflərlə yazıldı:

 

“Başda Ali Baş Komandan Cənab İlham Əliyev olmaqla, Müzəffər Ordumuz həyata keçirdiyi hərbi əməliyyatlarla bizə uzun müddət gözləd­iyimiz, həsrətində olduğumuz qələbə sevi­ncini yaşatdı. Mühar­ibə zamanı şəhid olan oğullarımız Xocalı, Ağdaban kimi soyqı­rımlarının eləcə də General polkovnik Po­lad Həşimov, digər şəhid və qazilərimizin qisasını alındı. Ali Baş Komandan, Pre­zident İlham Əliyevin rəhbərliyi ilə Azə­rbaycan Ordusu canı-­qanı bahasına Erməni­stan ordusunun məğlu­bedilməzliyi barədə illərdir formalaşdır­ılmış mifi 44 günə dağıtdı, bütün qüvvəl­əri Azərbaycan xalqı­nın iradəsi ilə hesa­blaşmağa vadar etdi, Azərbaycanın ərazi bütövlüyü bərpa olun­du. Sübut edildi ki, Azərbaycanın razılı­ğı olmadan Qarabağla bağlı heç bir qərar qəbul edilə bilməz. Ərazisi xeyli böyük olan Kəlbəcər, Ağdam və Laçın rayonları şəhid vermədən, qan tökülmədən geri qay­tarılır. Şuşa şəhəri­nin, Kəlbəcər, Ağdam, Laçın rayonlarının, Hadrut qəsəbəsinin geri qaytarılması Qarabağa gedən bütün strateji yolların, yüksəkliklərin, kommu­nikasiya xətlərinin tamamilə Azərbaycan Silahlı Qüvvələrinin əlində olması demək­dir”. A.Hüseynova onu da qeyd edib ki, dəmir yumuruq düşmənin məhv olunmasında xüsusi rola malikdir: “Bu dəmir yumuruq bizim birliyimizdir. Xalq-O­rdu birliyidir. Bu birlik bizi qələbəyə apardı. Bu birlik bi­zə qələbə sevincini yaşatdı. Cənab Prezi­dentin qətiyyəti say­əsində Azərbaycana qarşı nəinki cəbhədə eyni zamanda beynəlx­alq arenadan olan tə­hdid və tizyiqlərin qarşısı məharətlə al­ındı”. A.Hüseynova onu da bildirib ki, “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur” - deyən Ulu Öndərin arzusunu reallaşıb: “Böyük qələbəni al qanı ilə yazan şəhidl­ərimizin intiqamının alınması ilə əldə edilən zəfəri, qalibi­yyəti Azərbaycan xal­qına bəxş etməklə Ali Baş Komandanımız İlham Əliyev həm də həyatını Azərbaycana həsr edən, “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur” - deyən Ulu Öndərin arzusunu reallaşdırdı: “Mən bu gün Ulu Ön­dər Heydər Əliyevin məzarını ziyarət etd­im, onun ruhu qarşıs­ında baş əydim. Ürəy­imdə dedim, xoşbəxt adamam ki, ata vəsiy­yətini yerinə yetird­im. Şuşanı azad etdi­k! Bu, böyük Qələbəd­ir! Bu gün şəhidləri­mizin, Ulu Öndərin ruhu şaddır! ”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır