Modern.az

Almaniyada seçkilər – Yeni parlamentdə qüvvələr nisbəti

Almaniyada seçkilər – Yeni parlamentdə qüvvələr nisbəti

27 Sentyabr 2021, 11:14

Almaniyada parlament seçkiləri başa çatıb.

 

Modern.az xəbər verir ki, Bundestaqa keçirilən seçkilərdə səslərin 100%-i sayılıb. Hazırkı kansler Angela Merkelin təmsil olunduğu hakim Xristian Demokratlar Birliyi səslərin 24,1%-ni toplayıb. Sosial Demokratlar Partiyası qələbə qazanaraq 25,7% toplayıb.

Partiyanın lideri Olaf Şolz yeni hökumət formalaşdırmağa əsas namizəd olacaq.

 

“Yaşıllar” Partiyası isə 14,8% göstərici ilə tarixlərində ən yaxşı nəticəni göstərib. “Almaniya üçün Alternativ” 10,3% səs toplayaraq Bundestaqda 4-cü ən böyük fraksiya olacaq. 39 deputatla təmsil olunmasına rəğmən, “Solçular” parlamentdə 4,9% səs toplayaraq "5%-lik baryer"i aşa bilməyiblər.

 

Partiyalar arasında deputat kürsüləri belə bölünüb: 

Sosial Demokrat Partiyası - 206

Xristian Demokratlar Birliyi - 196

“Yaşıllar” Partiyası – 118

“Almaniya üçün Alternativ” – 83

“Solçular” – 39

Cənubi Şlezviq Seçicilərinin İttifaqı - 1

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir