44 günlük müharibədə torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizə dərin ehtiram əlaməti olaraq sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd edilir.

 

Anım Günü ilə əlaqədar Bakıda ikinci Fəxri xiyabanda şəhid məzarları ziyarət olunur.

 

Şəhidlərin ruhuna dualar oxunur, məzarları üzərinə gül-çiçək dəstələri qoyulur. Ziyarət edənlər şəhid ruhları qarşısında ehtiramlarını bildirirlər.

 

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2 dekabr 2020-ci il Sərəncamına əsasən Vətən Müharibəsində qəhrəmancasına döyüşən Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandıran, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda edən əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq 27 sentyabr Respublikamızda Anım Günü kimi qeyd olunur.

 

Modern.az "Trend"in Anım Günü ilə bağlı çəkdiyi fotoları təqdim edir:

 

Azərbaycan xalqı qəhrəman şəhidlərini yad edir (FOTO) - Gallery Image