Arxiv
27 Sentyabr 2021, 11:32 | DÜNYA
Almaniyada hökumət necə qurulacaq? – 3 mümkün ssenari AÇIQLANDI

Almaniyada keçirilən parlament seçkilərində 5 partiya parlamentə daxil olub.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, heç bir partiya mütləq səs çoxluğu qazanmadığı üçün koalision hökumətin formalaşması qaçınılmazdır.

 

Qurulacaq hökumətlə bağlı 3 mümkün ssenari irəli sürülür:

Sosial Demokratlar Partiyası ilə Xristian Demokratlar Birliyinin “böyük koalisiyası) – 402 kürsü

Sosial Demokratlar Partiyası, liberallar və “Yaşıllar”dan ibarət “svetofor koalisiyas”sı – 426 kürsü

Xristian Demokratlar Birliyi , liberallar və “Yaşıllar”dan ibarət “Yamayka koalisiyas”sı  - 406 kürsü

 

Parlamentdə çoxluq formalaşdırmaq üçün 733 deputat kürsüsündən 368-i müvafiq siyasi qüvvənin tərəfində olmalıdır.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv