Modern.az

Gülüstan Əliyeva 30 ildən sonra ərinin Cəbrayıldakı məzarını tapdı - FOTOLAR

Gülüstan Əliyeva 30 ildən sonra ərinin Cəbrayıldakı məzarını tapdı - FOTOLAR

27 Sentyabr 2021, 11:44

Əməkdar artist, Opera və Balet Teatrının solisti Gülüstan Əliyeva Cəbrayıl rayonuna səfər edərək, 30 il öncə şəhid olmuş həyat yoldaşı Zahid Əhmədovun məzarını tapıb.

Modern.az xəbər verir ki, ziyarətlə bağlı sosial şəbəkə hesabında paylaşım edən müğənni bildirib:

“Bu gün böyük qələbəyə gedən yolun başladığı gündür. Düz 30 il əvvəl Birinci Qarabağ müharibəsində Vətən, torpaq deyərək canını qurban edən Daxili İşlər Nazirliyinin zabiti, Cəbrayılımın igid oğlu Zahid Əhmədovun ruhu şaddır. Düşmən tərəfindən dağıdılmış müqəddəs ziyarətgahda məzarını tapdım. Əməyi keçən qardaşlarıma minnətdaram. Burada yatanların ruhu şad olsun!”.

Cəbrayıl rayonunda doğulub-böyümüş şəhid Zahid Əhmədov gənc yaşında, 1991-ci ildə Qarabağ müharibəsində həlak olub. BDU-nun Hüquq fakültəsinin məzunu olan Z.Əhmədov Cəbrayıl rayonu Polis İdarəsində əvvəlcə əməliyyat müvəkkili, sonra bölmə rəisi işləyib. 1991-ci ildə Cəbrayıl cəbhəsində minaya düşüb. Onun Rüfət adlı bir oğlu yadigar qalıb.





A.Qorxmaz

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir