Modern.az

Putin Lavrova yeni vəzifə verdi

Putin Lavrova yeni vəzifə verdi

Dünya

27 Sentyabr 2021, 14:45

Rusiya prezidenti Vladimir Putin “Vahid Rusiya” partiyasının rəhbərliyi ilə iclas keçirib.

 

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Putinin qərarı ilə “Vahid Rusiya” partiyasında müdafiə naziri Sergey Şoyqu Şərqi Sibirin inkişafı, xarici işlər naziri Sergey Lavrov isə beynəlxalq əməkdaşlıq və həmvətənlərlə əlaqələr komissiyasına başçılıq edəcəklər.

 

Xatırladaq ki, Dumaya son seçkilərdə qalib gələn “Vahid Rusiya” partiyasının seçki siyahısına Sergey Şoyqu və Sergey Lavrov başçılıq edir.

Whatsapp
Bizə yazın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı