Modern.az

Azərbaycanda BÖLGƏLƏR üzrə YOLUXMA

Azərbaycanda BÖLGƏLƏR üzrə YOLUXMA

Aktual

27 Sentyabr 2021, 14:45

 

Ölkə üzrə COVID-19 virusuna yoluxma statistikası artıb. Modern.az koronavirusinfo.az saytındakı  məlumatlara istinadən xəbər verir ki, yenə də ən çox yoluxma Bakının payına düşür. Bununla belə, son göstəricilərlə müqayisədə paytaxtda yoluxma faizi 54.6 faizdən 54.3 faizə enib.

 

Sonrakı yerlərdə 13.3 faizlə Abşeron, 12.1 faizlə Aran, 7 faizlə Gəncə-Qazax, 2.9 faizlə Quba-Xaçmaz, 3.6 faizlə Şəki-Zaqatala, 2.5 faizlə Lənkəran, 2.3 faizlə Dağlıq Şirvan, 1.5 faizlə Yuxarı Qarabağ qərarlaşıb.

 

Ölkə üzrə ən aşağı yoluxma ənənəvi olaraq, Naxçıvan Muxtar Respublikasındadır. Buna baxmayaraq, ötən statistikada Muxtar Respublikada yoluxma faizi 0.4 faiz olsa da, hazırda 0.7 faiz təşkil edir.

 

Rəsmi məlumata görə, ölkə xairicində yoluxanlar ümumi yoluxanların faizi 0.4 faizini təşkil edir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir