Modern.az

Parlament şəhid və qazi ailələrinin məsələsinə yenidən baxacaq

Parlament şəhid və qazi ailələrinin məsələsinə yenidən baxacaq

28 Sentyabr 2021, 09:40

“Dövlət başçısı şəhid ailələri, qazilərlə əlaqədar davamlı tədbirlər həyata keçirir. Amma həssas qrupdan olan ailələrə dövlət tərəfindən nə qədər dəstək verilsə də,  azdır. Çünki 30 il işğalda olan torpaqların azad edilməsi şəhid və qazilərin sağlamlıqları, həyatları bahasına başa gəlib. Bu baxımdan 2022-ci ilin dövlət büdcəsində bu məsələlərə yenidən baxılacaq”.

 

Bunu Modern.az-a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirib.

 

Deputatın sözlərinə görə, şəhid və qazi ailələrinə verilən müəyyən güzəştlərin, təqaüd və pensiyaların artırılması nəzərdə tutulub:

“2022-2025-ci illər üzrə dövlət büdcəsinin proqnozunda sosial müdafiə və sosial təminat xərclərinin ilbəil artırılması nəzərdə tutulur. Belə ki, 2022-ci ildə bu sahəyə 3 585 408.0 min manat, 2023-cü ildə 3 831 148.0 min manat, 3 967 202.8 min manat, 2025-ci ildə 4 136 937.0 min manat ayrılacağı proqnozlaşdırılır. Bu baxımdan həssas qrupdan olan şəxslərin, ailələrin dövlət qayğısı ilə əhatə olunması proqramları da genişləndiriləcək”.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!