Modern.az

Heydər Əliyev Fondu jurnalistin müalicəsini nəzarətə götürdü

Heydər Əliyev Fondu jurnalistin müalicəsini nəzarətə götürdü

Media

28 Sentyabr 2021, 13:30

Koronavirusa yoluxan tanınmış jurnalist, Azərbaycan Cüdo Federasiyasının baş katibinin müavini Elnur Əşrəfoğlunun müalicəsi ilə bağlı vəziyyəti Heydər Əliyev Fondu nəzarətə götürüb.

 

Modern.az xəbər verir ki, Fond hazırda Elnur Əsrəfoğlunun müalicəsi ilə bağlı bütün zəruri tədbirlərin görülməsi üçün dəstək göstərir.

 

Qeyd edək ki, koma vəziyyətində olan Elnur Əsrəfoğlu hazırda “Yeni Klinika”da EKMO aparatına qoşulub. Anası Zöhrə Hüseynova Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya müraciət edərək Elnur Əşrəfoğlunun müalicəsi ilə bağlı müvafiq köməyin göstərilməsini xahiş edib. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?