Modern.az

Yunanıstan mediasında Şuşanın azad olunmasından bəhs edilib

Yunanıstan mediasında Şuşanın azad olunmasından bəhs edilib

28 Sentyabr 2021, 16:16

“Qala” Yunanıstan–Azərbaycan Dostluq Cəmiyyətinin sədri Rəşid  Məmmədovun təşəbbüsü ilə bu ölkənin //www.karfitsa.gr xəbər saytında Azərbaycanın mədəniyyət paytaxtı Şuşaya həsr olunmuş məqalə yayımlanıb.

 

Modern.az xəbər verir ki, Jurnalist Fuad Hüseynzadənin qələmə aldığı məqalədə bildirilib ki, 44 günlük Vətən müharibəsində qalib gələn Azərbaycan xalqı öz adını dünya tarixinə yazıb. Qeyd edilib ki, işğaldan azad edilən şəhərlərdən biri olan Şuşa hər bir azərbaycanlı üçün qürur mənbəyidir. “Vətən övladlarının qanı bahasına azad edilən Şuşa şəhəri müqəddəsdir. Sanki qəhrəman şəhidlərin ruhu bu şəhəri müqəddəsləşdirib. Bu səbəbdəndir ki, Şuşanı ziyarət etmək müqəddəs bir yeri ziyarət etmək kimdir”, - deyə müəllif vurğulayıb.

 

Məqalədə Azərbaycanın görkəmli mədəniyyət və ədəbiyyat xadimlərinin vətəni olan Şuşada həyatın yenidən canlandığı, Heydər Əliyev Fondunun burada tez-tez mədəni tədbirlər keçirdiyi, bu qədim şəhərə tez-tez səfərlərin təşkil edildiyi nəzərə çatdırılıb. “Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Şuşanın tarixi simasının bərpası istiqamətində işlər aparılır. Bundan sonra Şuşa müasir Azərbaycan turizminin dünyaya açılan qapısı olacaq”, - deyə əlavə edilib.

 

Məqaləni ətraflı şəkildə aşaıdakı linkdən oxumaq mümkündür:

 

//www.karfitsa.gr/diethni/qala-sousa-azerbaitzan/ 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi