Modern.az

Bakı Dövlət Universiteti bu gün - COVID pasportu XAOS YARATDI

Bakı Dövlət Universiteti bu gün - COVID pasportu XAOS YARATDI

29 Sentyabr 2021, 10:00

Bu gündən Azərbaycanda orta və ali məktəblərdə əyani tədris tam bərpa olunub.

 

Modern.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qəraragahın qərarına əsasən bütün ali məktəblərdə yaşı 18-dən yuxarı olan tələbələrdən COVID-19 pasportu tələb olunur.

 

Ən böyük tələbə kontingentinə malik olan Bakı Dövlət Universitetinin qarşısında COVID-19 sertifikatı yoxlaması zamanı böyük sıxlıq yaranıb. Tələbələr durumdan narazılıq edərək, sıxlığın yoluxmanın artmasına yol aça biləcəyini bildiriblər.

 

Qeyd edək ki, ali və orta-ixtisas təhsili müəssisəsində təhsil alan yaşı 18-dən yuxarı olan bütün şəxslərin COVID-19 pasportunun (COVID-19-a qarşı peyvənd sertifikatı və ya COVID-19-a qarşı immunitet sertifikatı) olması tələbi müəyyən edilir.

 

BDU-nun qarşısındakı sıxlıqdan fotoları təqdim edirik:

 

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?