Modern.az

Almaniyadakı türk əsilli deputatların hamısı bizi sevmir - MÜSAHİBƏ

Almaniyadakı türk əsilli deputatların hamısı bizi sevmir - MÜSAHİBƏ

Diaspor

29 Sentyabr 2021, 10:22

Almaniya parlamentinə 18 türk əsilli deputat mandat qazanıb. İddialara görə, türk əsilli deputatlar daha çox yer ala bilərdilər. Bəs, bunun qarşısını alan nə olub? 

 

Müsahibimiz uzun illərdir Almaniyada çalışan türkiyəli jurnalist, Anadolu Agentliyinin Almaniya bürosunun rəhbəri Cüneyt Qaradağdır.

 

-  Cüneyt bəy, türk əsilli deputatların sayı  Almaniyada 18 nəfər oldu.  Bu rekord sayı nə ilə əlaqələndirmək olar?

 

- Almaniyanın  yüzdə iyirmi beşi immiqrantlardır. İmmiqrantların artması səbəbi ilə Almaniya parlamentdə olan türk millət vəkillərinin sayı da artır. Sosial Demokrat Partiyasından 8-9 türk kökənli millət vəkili seçildi.

Sosial Demokrat partiyası bu seçkilərdə türklərə daha çox önəm verdi.  Sonuncu seçkilərdə 14 türk kökənli millət vəkili var idi, indi isə 18 oldu. Doğrusu, bu sayın iyirmiyə qalxa biləcəyini düşünürdük.  Bir-iki nəfər seçkilərdə iştirak edə bilmədiyi üçün say iyirmi olmadı. Bu rəqəmlər bizə görə azdır, daha da çox 18 deyil, 30-35 olmalı idi. 

                                                                                                                              

 

- Seçkilərdə Almaniyadakı  Türkiyənin diasporunun fəallığı sizi qane etdimi?

- Burada yaşayan türklər türk namizədi olan kimi ona səs verirlər. Eyni zamanda, türklər öz tanıdıqlarına da təlqin edirlər. Son illərdə Almaniyada artan türklərin hiss ediləcək şəkildə siyasətə maraqları, səs vermələri də 18 türk əsilli deputatın seçilməsinə səbəb oldu.

 

- 18 türk əsilli deputatın olması Türk dünyasına, Almaniyadakı türk diasporuna dəstək olacaqmı?

-18 türk əsilli deputatın olması onların hamısının Türkiyə ilə işləməsi mənasına gəlmir. Bəzilərinin türk dünyası ilə münasibəti yaxşı deyil və onlardan dəstək gözləmirik. Onların hamısı bizi sevmir. 18 nəfərin 10-u Almaniya ilə türk dünyası arasındakı münasibətlərin yaxşılaşmasını istəyən deputatlardır və onların qatqı verəcəyinə inanıram.

 

- Cüneyt bəy, Almaniyadakı  türk jurnalistlərin fəallığı necədir, Burada Türkiyə diasporunun möhkəmlənməsində türk jurnalistlərin rolu nədən ibarətdir?

- Almaniyada fəaliyyət göstərən türk jurnalistlərin, onların rəhbərləri olduğu medianın bu ölkənin siyasətinə, insanların gündəlik həyatına təsiri çoxdur.  Ölkədə yerli qəzet çıxaran, milli qəzetlərdə çalışan 150-dən çox türk jurnalisti var. Yaşadıqları bölgələrdə davamlı olaraq türklərin siyasətə daxil olmalarına, aktiv olmalarına aid yazılar yazırlar, yol göstərirlər. Konkret olaraq, dediyiniz  məsələdə türk jurnalistlər böyük rol oynadı.

 

- Dünyanın hər yerinə Azərbaycan və Türkiyə diaspor təşkilatları birgə işləyir.  Bu mənada Almaniyadakı vəziyyət necədir ?

Bu məqamda istəklərimiz daha çoxdur. Mən işbirliyinin daha da artmasının tərəfdarıyam. Daha çox bir araya gəlinməlidir, ortaq fikirlər, ortaq işlər yaradılmalıdır. Ermənistanın işğalçılıq siyasəti ilə bağlı həmişə birlikdəyik, bərabər işləyirik . Bir daha qeyd edim ki, bərabər işlər daha yüksək səviyyədə olmalıdır.

Almaniyada çalışan azərbaycanlı jurnalistlərlə türkiyəli jurnalistlər bir araya gəlməlidir. Burada hər jurnalist özünə görə azaddır. Azərbaycan və Türkiyə jurnalistləri ortaq məsələlərdə bərabər hərəkət etmələrində bir faydası var. Jurnalistlərin bir araya gəlməsi iki ölkənin lobbisinin az da olsa bir araya gəlməsi deməkdir.

 

 

Humay İsgəndərova

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!