Modern.az

“Mühafizəçilər universitet ərazisindən kənara nəzarət etmirlər”  - BDU-dan sıxlığa cavab

“Mühafizəçilər universitet ərazisindən kənara nəzarət etmirlər”  - BDU-dan sıxlığa cavab

Təhsil

29 Sentyabr 2021, 10:38

Xəbər verdiyimiz kimi, Bakı Dövlət Universitetinin qarşısında COVID-19 sertifikatı yoxlaması zamanı böyük sıxlıq yaranıb.

 

Sıxlığın səbəbini öyrənmək məqsədilə BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri Günel Orucəliyeva ilə əlaqə saxladıq.

 

O Modern.az-a açıqlamasında bildirib ki, yaranmış sıxlığın səbəbi ilk dərs günü ilə bağlı tələbələrin sayının çoxluğu, həmçinin birinci kursların valideynləri və yaxınları ilə universitetə gəlmələri olub:

 

“Mühafizəçilərin universitet ərazisindən kənara nəzarət etməsi, demək olar ki, mümkün deyil. Amma hər bir korpusda və fakültələrdə tələbələrin vaksin pasportunun olub-olmaması fərdi qaydada yoxlanılır, sosial məsafənin gözlənilməsinə riayət edilir”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!