Modern.az

Rusiyada qətl törədən şəxs Bakıda HƏBS EDİLDİ

Rusiyada qətl törədən şəxs Bakıda HƏBS EDİLDİ

29 Sentyabr 2021, 10:55

2016-cı il aprelin 3-də İsayev Rəşad Sərdar oğlunun Rusiya Federasiyası Lebedyan şəhərində Rusiya vətəndaşı Bessonov Aleksandr Vitaliyeviç ilə aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirməsi və sonuncunun aldığı xəsarətlərdən ölməsi faktına görə cinayət işi başlanıb.

 

Nərimanov Rayon Prokurorluğundan Modern.az-a verilən məlumata görə, 2018-ci il avqustun 14-də Rəşad İsayev Rusiya Federasiyası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə qiyabi olaraq təqsirləndirilən şəxs qismində cəlb edilib.

 

2019-cu il avqustun 21-də cinayət işi istintaqın davam etdirilməsindən ötrü Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilməklə cinayət işi üzrə əməl Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsinə tövsif olunub.

 

2021-ci il avqustun 26-da Rəşad İsayev barəsində Nərimanov Rayon Prokurorluğu tərəfindən axtarış elan edilib.

 

Sentyabrın 28-də Rəşad İsayev tutulmuş, ona yuxarıda qeyd edilən maddə ilə ittiham elan edilərək barəsində həbs qətimkan tədbiri seçilib. Rəsmi məlumata görə, hazırda cinayət işi üzrə istintaq davam edir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir