Modern.az

Metropolitenin həftəsonu QRAFİKİ AÇIQLANDI

Metropolitenin həftəsonu QRAFİKİ AÇIQLANDI

29 Sentyabr 2021, 13:43

Nazirlər Kabinetinin qərarına uyğun olaraq, oktyabrın 1-dən ictimai nəqliyyat, o cümlədən Bakı metropoliteni həftəsonları sərnişindaşıma fəaliyyəti göstərəcək. Həftəiçi olduğu kimi, istirahət günlərində də metropolitenin stansiyaları saat 06:00-dan 00:00-dək sərnişinlərin girişinə açıq olacaq.

 

Bu barədə Modern.az-a “Bakı Metropoliteni” QSC-dən verilən məlumatda bildirilib.

 

Qeyd olunub ki, qatarların hərəkət cədvəli, 2019-cu ilin eyni dövrünün qrafikinə uyğun tərtib olunub:

“Bu səbəbdən qatarlararası interval Qırmızı xəttin “28 May-Həzi Aslanov” sahəsində 2 dəqiqə 30 saniyə təşkil edəcək. Yaşıl və Qırmızı xətlərin kəsişərək birləşdiyi müştərək sahəsi olan “28 May” stansiyasından sonra, “İçərişəhər” və “Dərnəgül” stansiyalarına və əks istiqamətdə qatarlar arasında interval 5 dəqiqəyə bərabər olacaq. Bənövşəyi xətdə qatarların hərəkət cədvəlində dəyişiklik edilməyəcək”.

 

Bildirilib ki, pandemiya şəraiti davam etdiyindən, müəssisə və təşkilatların iş rejimi, o cümlədən təlim-tədris ocaqlarının fəaliyyətində mümkün dəyişikliklərin nəzərə alınması məqsədilə xətlər üzrə müvafiq monitorinqlər həftəsonları davam etdiriləcək:

 

“Sərnişinlərin axın istiqamətləri və sıxlığı kimi mühüm məsələlər nəzarətdə saxlanılacaq. Zərurət olduqda, mümkün optimal texniki qərarlar veriləcək. Bu xüsusda ehtiyaca uyğun olaraq “Nərimanov” elektrik deposunda nəzərdə tutulan ehtiyat qatarlar xəttə buraxılacaq.

 

“Bakı Metropoliteni” QSC sərnişinlərinin nəzərinə bir daha çatdırır ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın elan etdiyi növbəti yumşalma tədbirlərinin müsbət nəticələrini qorumaq hər birimizdən asılıdır. “COVID-19” virusu ilə əlaqədar xüsusi karantin rejimi davam etdiyindən metodiki göstərişlərin, həmçinin sanitar-gigiyenik normaların tələblərinə ciddi riayət edilməsi vacibdir”.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir