Modern.az

Yerevanlı səfir ABŞ erməniləri ilə dil tapa bilmir

Yerevanlı səfir ABŞ erməniləri ilə dil tapa bilmir

29 Sentyabr 2021, 14:43

Ermənistanın ABŞ-dakı səfiri Lilit Makunts ölkənin ən böyük diaspor təşkilatları ilə dil tapa bilmir.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, ən böyük diaspor təşkilatlarından sayılan Amerikanın Erməni Milli Komitəsi yeni səfirlə dialoqdan imtina edir.

 

Səfirə olan inamsızlıq erməni icmasının sıravi üzvlərinə də sirayət edib. Baş nazir Nikol Paşinyanın qərarı ilə ABŞ-a səfir göndərilən 37 yaşlı Makunts bundan əvvəl, parlamentdə “Mənim addımım” frkaisyasının rəhbəri idi.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır