Modern.az

Mətbuat Şurasının müsabiqəsinə 76 yazı təqdim olunub

Mətbuat Şurasının müsabiqəsinə 76 yazı təqdim olunub

Media

16 Fevral 2010, 16:57

Modern.az xəbər verir ki, Mətbuat Şurası Xocalı soyqırımının mediada işıqlandırılması üzrə müsabiqəyə yazı qıbuluna dair mətbuat konfransı keçirib. Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirb ki, müsabiqənin keçirilməsində əsas məqsəd xaricdə bu barədə məlumatlandırılma üçün Xocalı soyqırımı mövzusunda materialların yığılmasıdır. Onun sözlərinə görə, müsabiqənin qalibi olan məqalələr bir neçə xarici dilə tərcümə olunacaq və xarici ölkələrin elektron və çap KİV-də dərc ediləcək.

2009-cu il sentyabrın 1-dən 2010-cu il fevralın 1-dək keçirilmiş müsabiqəyə Azərbaycanın 41 elektron və çap KİV-i 76 məqalə ilə qoşulub. Müsabiqənin yekunu üzrə birinci yeri tutan müəllif 1000 manat, ikinci yer 650 manat, üçüncü yer isə 300 manat alacaq. Bundan başqa, həvəsləndirici mükafat 500 manat həcmində olacaq.

Müsabiqənin münsiflər heyətinin sədri, Azərbaycan Milli Məclisinin deputatı Bəxtiyar Sadıxov bildirib ki, müsabiqənin məqsədi ikili standartların mövcud olduğu dünyaya hadisələrin həqiqi tərəfini göstərməkdir.

Müsabiqənin münsiflər heyətinin üzvü Xarici İşlər Nazirliyinin mətbuat katibi Elxan Poluxovun fikrincə, hazırda xarici oxucuların bu barədə məlumatlandırılması üçün sözügedən mövzu üzrə materiallara ehtiyac var. E.Poluxov deyib ki, bu müsabiqədən sonra jurnalistlərin ölkə oxucularına hansı materialların maraqlı olması barədə təsəvvürü olacaq.

Müsabiqə hakimlərinin tərkibinə həmçinin Milli Məclisin deputatı Elman Məmmədov, Rəşid Məcid, Bahəddin Həziyev, Elşad Mirələm, Mahir Cavadlı daxildir.

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı