Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğanla görüşüb.
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, görüşdə ikitərəfli və regional məsələlərin həllinə geniş yer verilib.
“Atəşkəs rejiminə nəzarət üçün yaradılmış Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi bu regionda stabilliyin ciddi təminatçısıdır”.
Görüşdə Putin 2021-ci ilin 9 ayında Türkiyədə 2,5 milyondan çox rusiyalı turistin istirahət etdiyini xatırladıb.