Modern.az

"Müəllimlərin 90 faizindən çoxu vaksinasiyadan keçib" - Nazir

Təhsil

29 Sentyabr 2021, 21:50

“Biz hesab edirik ki, oktyabrın əvvəlinə qədər 4 milyon insan hər iki dozada vaksinasiya olunacaq”.

 

Modern.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev AzTV-yə müsahibəsində deyib.

 

Nazir bildirib ki, müəllimlərin 90 faizindən çoxu vaksinasiyadan keçib:

 

"Vaksinasiyadan keçən hər bir təhsil işçisinə təşəkkür edirəm. Artıq müəllimlərimizin 90 faizindən çoxu bu prosesə qatılıb. Digərləri ya immunitet, ya da əks-göstəriş sertifikatı olduqlarına görə hələ ki vaksinasiyadan keçə bilməyib və yaxud keçmələri mümkün deyil. Az qisim müəllimlə maarifləndirmə işlərimiz davam edir”.

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü