Modern.az

Sosial ödəniş olunan şəhid ailələri və qazilərin SAYI

Sosial ödəniş olunan şəhid ailələri və qazilərin SAYI

Aktual

30 Sentyabr 2021, 11:21

“İndiyədək Vətən müharibəsinin şəhidlərinin ailə üzvlərindən ibarət 7900 nəfərə 15700 sosial ödəniş (Prezidentin aylıq təqaüdü, pensiya və ya müavinət) təyinatı aparılıb. Vətən müharibəsi qazilərindən əlillik təyin edilmiş artıq 2000 qaziyə də müvafiq  sosial ödənişlər  (Prezidentin aylıq təqaüdü, pensiya və ya müavinət) təyin edilib”.

 

Bu barədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) yaradılmasının 29 ililə bağlı görülmüş işlərə dair Modern.az-a verilən açıqlamada bildirilib.

 

Rəsmi məlumata görə, hazırda 2,4 milyondan çox insan pensiya, müavinət və təqaüdlə, ünvanlı sosial yardımla təmin olunur ki, bütün bu sosial ödənişlər hər ay vaxtlı-vaxtında həyata keçirilir:

 

“Təkcə bu ilin 8 ayında 130 minədək pensiya, müavinət, təqaüd təyinatı e-qaydada, proaktiv formada həyata keçirilib. Həmçinin 93 min sosial sığorta nömrəsinin açılması da e-qaydada, proaktiv formada yerinə yetirilib. Eləcə də Fondun  fəaliyyət istiqamətləri üzrə vətəndaşlara arayışlar verilməsi də elektron qaydada yerinə yetirilir. Həmçinin ünvanlı dövlət sosial yardımı ilə bağlı prosedur sadələşdirilib, sosial yardımın aztəminatlı ailələrə əlçatanlığı artırılıb. Fond üzrə xidmətlərlərin əhatə dairəsi daha da genişləndirilib”.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır