Modern.az

İran Azərbaycanla sərhəddə hərbi kompleks yerləşdirib - FOTO

İran Azərbaycanla sərhəddə hərbi kompleks yerləşdirib - FOTO

Dünya

30 Sentyabr 2021, 12:10

İran Azərbaycanla sərhəddə müasir hərbi-texniki vasitələr yerləşdirməkdə davam edir.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, sosial şəbəkələrdə yayılan fotoda Araz çayı sahilində “Jitel” radioelektron mübarizə sisteminin yerləşdirildiyi görülüb.

 

Rusiyadan alınan həmin sistem qarşı tərəfin rabitə və radioelektron kəşfiyyat siqnallarını pozmaq üçün istifadə edilir.

 

Yayılan şəkildə sistemin 4 antenindən yalnız 2-nin işlək vəziyyətdə olduğu görünür. “Jitel” radioelektron mübarizə kompleksi pilotsuz uçuş aparatları ilə mübarizədə də effektivdir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır