Arxiv
30 Sentyabr 2021, 12:20 | AKTUAL
Zahid Oruc: “Azərbaycanın heç bir dövlətə qarşı ərazi iddiası yoxdur”

"Prezident İlham Əliyevin Anadolu agentliynə müsahibəsi zamanı Qafqazda barışın bərqərar olması üçün Ermənistanın Konstitusiyasında Türkiyəyə qarşı ərazi iddiaları bağlı müddəaların çıxarılması vacib şərt kimi irəli sürdü.Azərbaycanın ali qanunvericilik aktında heç bir dövlətə qarşı ərazi iddiası yoxdur, lakin Dağlıq Qarabağ termini yüzlərlə sənədlərdə əksini tapıb"

 

Modern.az xəbər verir ki, bu fikirləri deputat Zahid Oruc parlamentin bugünkü iclasında çıxışı zamanı deyib.

 

Deputat qeyd edib ki, xüsusilə beynəlxalq razılaşmalarda bir vaxtlar irəli sürdüyümüz qeyd-şərtlər artıq parlaq Qələbəmizdən sonra yeni reallıq, xüsusilə yeni hüquqi gerçəklik yaratdığından geniş dəyişiklərin zərurətini qarşıya qoyur:

 

"Ona görə də ölkə rəhbəri tərəfindən 20 noyabr 2020-ci il tarixində yaradılan Əlaqələndirmə Qərargahı ilə birgə çalışmalarla parlament bir sıra sahələrdə dövlət siyasətinə töhfə verə bilər.Biz təklif edirik ki, MM-də xüsusi komissiya yaradılsın-istər qanunlarda və beynəlxalq aktlarda, eləcə də Böyük Qayıdışın gerçəkləşməsi zamanı 100 minlərlə insanın hüquqların təminatı sahəsində yeni sənədlərin hazırlanmasında aktiv iştirak etsin"

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv