Arxiv
30 Sentyabr 2021, 12:59 | DÜNYA
Lukaşenko Ermənistanı “dost”, Azərbaycanı isə “qardaş” ölkə adlandırdı

Belarus prezidenti Aleksandr Lukaşenko 9 ölkənin səfirinin etimadnaməsini qəbul edib.

Modern.az xəbər verir ki, onlar arasında Azərbaycanın yeni səfiri Lətif Qəndilov da olub.

 

“Azərbaycan davamlı şəkildə, maraq güdmədən Belarusa dəstək verib. O bizim strateji partnyorumuz, qardaş ölkəmiz olub və qalmaqda davam edir”.

Lukaşenko sonda Belarus xalqı və öz adından Azərbaycan xalqına və prezident İlham Əliyev etimad və dəstəyinə görə minnətdarlıq edib.

 

Ermənistan səfirinin etimadnaməsini qəbul edən zaman isə Lukaşenko ikitərəfli dostluq münasibətlərindən danışıb. Amma o, Yerevanla-Minsk arasında münasibətlərin potensialının reallaşdırılmamasından narazılıq edib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv