Modern.az

İran Qarabağ Zəfərini niyə həzm edə bilmir...

İran Qarabağ Zəfərini niyə həzm edə bilmir...

Analitika

30 Sentyabr 2021, 13:02

Azərbaycan ötən il hərb meydanında qələbə qazanaraq Dağlıq Qarabağ münaqişəsini həll etdi. Torpaqlarımızın 30 il ərzində Ermənistanın işğalı altında olmasına göz yuman İran münaqişə bitdikdən sonra bölgədə hərbi aktivliyini artırmağa başladı.

 

Rəsmi Tehranla Bakı arasında olan soyuqluq Qarabağa tikinti və yanacaq daşıyan İranın yük maşınlarının Gorus-Qafan yolunda saxlanılmasından sonra üzə çıxdı. Ardınca, 30 ildə ilk dəfə Azərbaycanla sərhəddə İran genişmiqyaslı hərbi təlimlər keçirməyə başladı.

 

Modern.az xatırladır ki, İranın əzələ nümayişinə Azərbaycan prezidenti də etiraz etdi. İlham Əliyev “Anadolu” agentliyinə müsahibəsində provakasiya xarakterli təlimlərlə bağlı sual verdi:

“Sərhədimizin yaxınlığında keçirilən hərbi təlimə gəlincə, bu, çox təəccüblü hadisədir. Çünki 30 illik müstəqillik dövründə belə hadisələr baş vermədi. İlk növbədə deməliyəm ki, hər bir ölkə öz ərazisində istədiyi hərbi təlimi keçirə bilər. Bu onun suveren hüququdur. Bunun üçün heç kim danışa bilməz. Ancaq bunu bir zaman aralığında təhlil edərkən, bunun heç vaxt baş vermədiyini görürük. Niyə indi və niyə sərhədimizdə? Bu sualları mən yox, Azərbaycan cəmiyyəti soruşur. Bu sualı bütün dünyadakı azərbaycanlılar verir. İşğal dövründə o bölgədə niyə heç bir təlim keçirilmədiyi də sual olunur. Niyə ermənilər Cəbrayıl, Zəngilan və Füzulidə olarkən təlimlər keçirilmədi? Niyə bu torpaqları azad etdikdən və 30 illik əsarət və işğala son qoyandan sonra edilir? Bu suallar qanuni suallardır".

 

“Kommersant” qəzetinə açıqlama verən rusiyalı hərbi ekspert, İranşünas Yuri Lyamin də Tehranın təlimlərə kifayət qədər böyük qüvvələr cəlb etdiyini söyləyir. Onun fikrincə, təlimlər Azərbaycanın İsrail və Türkiyə ilə yaxınlaşmasına qarşı mesajdır:

“Azərbaycan sərhədinə texnika cəlb olunmaqda davam edir. Bunun təlimlər yoxsa, başqa məqsədlər üçün atıldığı bilinmir. Təlimlərin miqyası heç bir yerdə göstərilmir. Amma ərazidə çox böyük qüvvə toplanıb. Əvvəl yalnız İslam İnqilabının Keşikçiləri Korupusu ərazidə idisə, indi ordu qüvvələri də təlimlərə cəlb edilib”.

 

Politoloq, Almaniyanın Beynəlxalq Münasibətlər və Təhlükəsizlik İnstitutunun elmi işçisi Həmidrza Əzizi isə İranın Qarabağ zəfərindən sonra Azərbaycandan gözləntiləri olduğunu düşünür. Onun fikrincə, İran şirkətləri azad edilmiş ərazilərdə bərpa işlərində pay gözləsələr də, istəkləri reallaşmayıb:

“İran Azərbaycanın tərəfini tutaraq ərazi bütövlüyünü bərpa etməsini dəstəklədi. Tehran Bakının onun təhlükəsizlik sahəsində mövcud olan narahatlığını qarşılamasını gözləyirdi. Bundan başqa, Qarabağın bərpası işlərində özünə pay istəyirdi. Bunların heç biri baş vermədi. Müharibəınin gedişində Azərbaycanla İsrailin əməkdaşlığı daha aşkar və görünən oldu”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir