Modern.az

Dava düşən məktəbdən AÇIQLAMA

Dava düşən məktəbdən AÇIQLAMA

Aktual

30 Sentyabr 2021, 13:00

Bakıda “Landau School” özəl məktəbin Səbail rayonu, Bayıl qəsəbəsində yerləşən filialında yaşanan dava ilə bağlı araşdırma davam edir.

 

Bu barədə məktəbdən Modern.az-a verilən məlumatda bildirilib.

 

Qeyd edilib ki, bu məktəbdə təhsil alan bütün şagirdlərin valideynlərinə kart verilib:

 

“Hər bir valideyn uşağı məktəbdən aparanda həmin kartı təqdim edir. Lakin gələn şəxs kartını təqdim etmədən uşağı götürmək istəyib. Mühafizəçi icazə vermədiyi üçün həmin şəxs ona hücum edib və mübahisə düşüb. Daxili qaydalara görə, kartsız heç bir şəxsə uşaq təhvil verilmir. Məktəbin hər yerində kameralar var və görüntülər hüquq mühafizə orqanlarına təqdim olunacaq. Hazırda proses gedir. Sonda bütün məlumatlar açıqlanacaq”.

 

Rəsmi məlumatda insidentin o qədər də böyük olmadığı, polisin məsələyə müdaxilə etdiyi də bildirilib.

Qeyd edək ki, hadisə haqqında Daxili İşlər Nazirliyi də məlumat yayıb. Nazirlik araşdırmalara başlanıldığını, əlavə məlumat veriləcəyini açıqlayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Son dəqiqə Naxçıvanın Kərki kəndində etirazlar başladı