Modern.az

Rafael Cəbrayılov COVID-19-a qarşı vaksindən imtina edibmiş-RƏSMİ  

Rafael Cəbrayılov COVID-19-a qarşı vaksindən imtina edibmiş-RƏSMİ  

30 Sentyabr 2021, 13:24

“Vəzifə cinayətinə və dələduzluq əməllərinə görə cinayət məsuliyyətinə cəlb olunmuş Milli Məclisin sabiq üzvü Cəbrayılov Rəfael Kamil oğlu sentyabr 30-da müalicə aldığı xəstəxanada vəfat edib”.

 

 

Bu barədə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən Modern.az-ın sorğsuna cavab olaraq bildirilib.

 

Qeyd olunub ki, Bakı Ağır Cinayətlər Məhkəməsində işinə baxılan R.Cəbrayılovun hüquqlarını müdafiə edən vəkili koronavirus infeksiyasına yoluxduğu üçün məhkəmə təxirə salınıb:

 

“Bundan sonra R.Cəbrayılovdan “COVİD-19” infeksiyasına qarşı test nümunələri götürülmüş və nəticəsi pozitiv çıxıb. Cəzaçəkmə müəssisələrində könüllü olaraq aparılan kütləvi vaksinasiyadan qəti imtina etmiş 1958-ci il təvəllüdlü, xroniki şəkərli diabetin kəskinləşməsindən və arterial hipertoniyadan əziyyət çəkən R.Cəbrayılov müvafiq müalicə tədbirlərinə cəlb olunub. Lakin xroniki xəstəlikləri ilə əlaqədar təhlükəli risk qrupuna daxil olması nəzərə alınaraq sentyabrın 28-də o, müalicəsini davam etdirmək üçün “Yeni Klinika” xəstəxanasına yerləşdirilib. Aparılan müalicə tədbirlərinə baxmayaraq R.Cəbrayılov vəfat edib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır