Modern.az

“Ermənistan tərəfindən sərhəddə təxribatlar törədilir” - Ziyafət Əsgərov 

“Ermənistan tərəfindən sərhəddə təxribatlar törədilir” - Ziyafət Əsgərov 

Aktual

30 Sentyabr 2021, 15:27

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycan Türkiyə münasibətlərinə toxunub.

 

Modern.az xəbər verir ki, deputat Azərbaycanın dövlət müstəqilliyini əldə edəndən sonra qardaş Türkiyə ilə minlərlə sənəd imzalandığıni qeyd edib:

 

"Həmin sənədlərin bəziləri hərbi xarakterli sənədlərdir. Bu yaxınlarda Laçında Azərbaycan və Türkiyə xüsusi təyinatlıları təlim keçirdi. Bundan sonra da Türkiyə və Azərbaycan arasında çox sayda hərbi xarakterli sənədlər imzalanacaq. Keçirilən hərbi təlimlər regionda sülhün, sabitliyin bərqərar olması üçün edilir. Bizim heç kimə ərazi iddiamız yoxdur. Biz istəyirik ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanısın. Çox təəssüf ki, biz bunu hələ Ermənistan tərəfindən görmürük. Son vaxtlar Ermənistan tərəfindən sərhəddə təxribatlar törədilir. Onlar muxtariyyət və müstəqilliklə bağlı iddialar ortaya atırlar. Prezident İlham Əliyev bu iddialara qəti şəkildə cavab verdi”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?