Modern.az

“Komada olan Minsk Qrupuna can vermək istəyənlər var” - Elman Nəsirov

“Komada olan Minsk Qrupuna can vermək istəyənlər var” - Elman Nəsirov

Parlament

30 Sentyabr 2021, 15:54

Parlamentin bu gün keçirilən plenar iclasında çıxış edən deputat Elman Nəsirov bildirib ki, Türkiyə və Azərbaycan arasında münasibətlər yüksək səviyyədədir.

 

Modern.az xəbərinə görə, Elman Nəsirov bildirib ki, xüsusi təyinatlılar arasında münasibətlərin inkişafı ordunun inkişaf etdirilməsi mənafeyinə xidmət göstərir:

"Türkiyə artıq çox ciddi aktordur. Bunu bütün dünya da qəbul etməkdədir. Faktiki olaraq koma vəziyyətində olan ATƏT-in Minsk Qrupuna yenidən can vermək istəyənlər var. Bu reallıq fonunda ABŞ-ın Ermənistandakı səfirinin açıqlamasını necə izah etmək olar? Türkiyə tənzimləmə prosesində iştirak etməlidir. Tənzimləmə prosesində ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri Türkiyə olmalıdır. Fransa həmsədrlikdən uzaqlaşdırılmalıdır”.

 

Deputat bildirib ki, Türkiyə variantı alınmayacağı təqdirdə, Pakistanın bu prosesə cəlb edilməsi çox faydalı olar:

 

“Onsuz da bu məsələnin həlli ilə məşğul olan Rusiya, ABŞ nüvə dövlətidir. Bu işlə nüvə dövlətləri məşğul olursa, Pakistan da bu prosesə cəlb edilə bilər. Çünki Pakistan da nüvə dövlətidir”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar