Modern.az

Deputat salfet satan azyaşlılardan DANIŞDI

Deputat salfet satan azyaşlılardan DANIŞDI

Aktual

30 Sentyabr 2021, 16:06

Deputat Əli Məsimli parlamentin bu gün keçirilən plenar iclasında valideyn himayəsindən məhrum edilmə məsələsindən danışıb.

 

Modern.az-ın məlumatına görə, deputat valideyn himayəsindən məhrum olan uşaqların sayının on minlərlə olduğunu söyləyib:

 

"Onların taleyinə biganə yanaşmağı qəbul etmirəm. Onların sayının azaldılması istiqamətində ciddi işlər görülməlidir. Bu gün o uşaqlar salfeti uzadıb xahişlə, minnətlə pul istəyirlərsə, böyüyəndən sonra bunu artıq başqa cür istəyəcəklər”.

 

Ə. Məsimli şəhid olanların çoxunun ailəsinin də aztəminatlı olduğunu qeyd edib. O təklif edib ki, Anım Günündən Zəfər gününə qədər olan müddətdə aztəminatlı ailələrin şəhid övladlarının da adına bulaqlar açılsın, onların xatirəsi əbədiləşdirilsin".

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail cavab verəcəyini ELAN ETDİ - İranda qorxu var...