Modern.az

“Mən İlham Əliyevə aslan ürəkli insan deyirəm” - Flora Kərimova

“Mən İlham Əliyevə aslan ürəkli insan deyirəm” - Flora Kərimova

Mədəni̇yyət

30 Sentyabr 2021, 16:31

“Vətəni qorumaq üçün aslan ürəyi lazımdır. Mən İlham Əliyevə aslan ürəkli insan deyirəm”.

Modern.az-ın məlumatına görə, bu sözləri “Yeni Azərbaycan” qəzetinə müsahibəsində Xalq artisti Flora Kərimova deyib.


“İllərlə düşünüb, bu gün üçün zəmin yaradıb, illərlə çəkilən zəhmətin bəhrəsini mən bu gün gördüm. Mən bu adamın qarşısında baş əyməyə bilmərəm. İstəyir kütlə düşüncəsiylə müxalifət cəbhəsindəkilər məni çarmıxa çəksinlər, istəyir mənə “satılmış” desinlər. Mən Vətənimin, torpağımın bütövlüyünü istəyirdim, onu da gördüm. Mən onun gördüyü işləri deməsəm Allah cəzamı verər. Yeganə xalqıq ki, “şəhidlik zirvəsinə ucaldı” kəlməsini işlədirik. Vətən yolunda ölümü ucalıq kimi görürük. Biz bu azadlıq naminə qanımızdan, canımızdan keçmişik. Bunu deməyib başqa nəyi deyək?”.

Flora Kərimova onu hakimiyyətyönlü fikirlərinə görə, iqtidara satılmaqda ittiham edənlərə belə cavab verib.

“Mənim 80 yaşım var, nə üçün satılım? Satılmadım, satılmadım 80 yaşında satıldım? Nə üçün? Məzar üçün ya Fəxri xiyabandakı yer üçün?.

...Kütlənin qınağından qorxub real həqiqətləri dilinə gətirə bilməyənlərin mənim Vətən sevgimə, cəsarətimə şübhəsi var. Sizlərdən fərqli olaraq “çox sağ ol” deməyə səmimiyyətim çatır. İndi nə var “müxalifətçilik” etməyə! Bu gün siz tox qarnınızla, xaricdən gələn böyük imkanlarınızla müxalifətçisinizsə, mən sovetlərdən qanı bahasına canını qurtaran indiki şəhidlərdən çox şəhidi, yarası, itkisi olan dövrün müxalifəti olmuşam! 25 il qadağada olan, səsi bütün efirlərdən kəsilən sənətkaram. Demişəm, yenə təkrar edirəm - mənim davam torpaq - qürur davası olub, qarın yox! Mən haqq bildiyimi danışmışam, bu gün də həqiqət bildiyimi deyirəm. Əgər mən bu torpağın qəhrəmanına satılmışamsa, min dəfə deyin, təki bu satqınlığın nəticəsi olsun. Millətimin namusu toxunulmaz olsun, torpaq namusdur, bu qədər möhtəşəm iş görülüb, Qarabağı yalnız ermənilərin yox, neçə-neçə böyük güclərin əlindən qoparıb geri almışıq. Bunu dərk etmək lazımdır".

Xalq artisti bu yaxınlarda Prezident təqaüdünə və "Şərəf" ordeninə layiq görülməsinə ağız büzənlərin reaksiyasından təəssüfləndiyini deyib:

"Bu, dövlətin mənə olan münasibəti idi. Mən dövlətə xəyanət etməmişəm, amma rəhbərlərə də yaltaqlanmamışam. Onlar mənim ürəyimi, münasibətimi gördülər. Böyüklük etdilər. Əslində, mənə verilən bu fəxri adlar məni müxalifət tərəfindən söyülmək riski altına saldı. Trollar var, sosial şəbəkələrdə ağızlarına gələni yazır, sonra səhifələrini bağladırlar. Mən Prezident təqaüdümün ilkini qazilərimizə verdim. Onda da çıxdılar söydülər ki, özünə şöhrət qazanmaq üçün belə edir. 80 yaşımda mənə nə şöhrət? Mən 13 yaşımdan göz önündəyəm, ən böyük səhnələrdə, efirlərdə olmuşam, mənim bu şəkildə populyarlıq qazanmağa ehtiyacım varmı? Mənə düz danışmaq, sözübütöv olmaq gücünü torpağıma hopan qanlar verdi, bölünmüş Vətənim üçün ağladığım günlərim verdi. Mənim bütün dərdim-sərim işğal altındakı Vətən torpaqlarım olub, bunu da dönə-dönə demişəm".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi