Modern.az

Komitə sədri parlamentdə əlillərin PROBLEMİNİ qaldırdı

Komitə sədri parlamentdə əlillərin PROBLEMİNİ qaldırdı

Parlament

30 Sentyabr 2021, 16:52

Milli Məclisin komitə sədri Musa Quliyev parlamentin bugünkü plenar iclasında əlillərin məişət problemlərinə toxunub.

Modern.az xəbər verir ki, deputat Birinci Qarabağ müharibəsi əlillərinin mənzil-məişət problemlərinin həllinə ehtiyac olduğunu vurğulayıb.

 

Deputat bu məsələdə adıçəkilən işə məsul orqanın müəyyənləşdirilməli olduğunu deyib:

“Əvvəl bu məsələ Əmək və Əhalinin Sosisal Müdafiəsi Nazirliyində idi. İndi bu icra hakimiyyəti orqanlarındadır. Onlar da bu işi bəzən öz vəsaiti hesabına edirlər, bəzən etmirlər. Problemlər bundan qaynaqlanır. Şəhid ailələri və Qarabağ qaziləriylə bağlı Əmək və sosial siyasət komitəsində dinləmə keçirilməsi də nəzərdə tutulub”.

 

Spiker Sahibə Qafarova isə qeyd edib ki, bu dinləmələrə həm komitə sədrləri, həm də deputatlar dəvət edilməlidir:

“Bu çox həssas məsələdir. Hər birimiz bununla bağlı müraciətlər alırıq”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır