Modern.az

İki nəhəngin Soçi görüşü: Ərdoğan Putini 1:0 ÜSTƏLƏDİ

İki nəhəngin Soçi görüşü: Ərdoğan Putini 1:0 ÜSTƏLƏDİ

Analitika

30 Sentyabr 2021, 18:54

Dünən Rusiya və Türkiyə prezidentləri Soçi şəhərində görüşdülər.

Modern.az xəbər verir ki, 3 saat çəkən Putin-Ərdoğan görüşündə ikitərəfli əməkdaşlıq və regional məsələlər müzakirə olunub.

 

Suriyanın İdlib bölgəsində Ankaranın dəstəklədiyi Suriya müxalifətinin Rusiya aviasiyası və Əsəd rejimi tərəfindən bombalanması Ankaranı ən çox narahat edən məsələlərdən biri idi. Bundan başqa, Qarabağ bölgəsində yaranmış situasiya, atəşkəsə nəzarət edən Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzin fəaliyyəti, Əfqanıstanda real hakimiyyətə çevrilmiş “Taliban” hərəkatına münasibət, Liviyadakı çözülməyən siyasi mübarizə Putin-Ərdoğan görüşündə diqqətə alınacaq məsələlər idi.

 

3 saat davam edən Ərdoğan-Putin görüşündən sonra mətbuata birgə açıqlamanın olmaması liderlərin razılığa gəlməməsi barədə təəssürat yaratdı.

Amma Türkiyəyə döndükdən sonra Rəcəb Tayyip Ərdoğanın jurnalistlərə verdiyi açıqlamalar görüşün kifayət qədər məhsuldar keçdiyini göstərir. Hətta, Ərdoğanın danışıqlar zamanı Putindən istədiyin aldığını da iddia etmək olar.

 

Belə ki, Ankara görüş öncəsi hədəflədiyi bütün əsas siyasi-iqtisadi məsələlərdə Kremldən istədiyini alıb.

“Biz cənab Putinlə İdlib məsələsinin “yekun və dayanıqlı həlli”ni müzakirə etdik.

 

Bundan başqa, Ərdoğan Putinlə hərbi təyyarə, mühərrik, gəmi və sualtı qayıqların birgə istehsal olunması barədə müzakirə aparıblar. Rusiya Türkiyədə “Akkaya” ilə yanaşı, daha 2 Atom Elektrik Stansiyasının tikintisinə başlaya bilər.

Görünən odur ki, 2014-cü ildən Qərbin sərt sanksiyaları şəraitində yaşayan Moskva Türkiyə kimi önəmli ticarət partnyorunu itirmək istəmir. Məhz bu praqmatik yanaşmaya görə, geosiyasi qərarlar verilərkən iqtisadi faktora böyük önəm verilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır