Modern.az

İsraildə səfirlik açan Ermənistanı öpüb gözlərinin üstünə qoyurlar - Sabiq nazirdən İrana SUALLAR

İsraildə səfirlik açan Ermənistanı öpüb gözlərinin üstünə qoyurlar - Sabiq nazirdən İrana SUALLAR

Qarabağ

1 Oktyabr 2021, 10:00

“İrandakı bəzi xəstə təfəkkürlü qüvvələrin Şimali Azərbaycanı guya "özlərininki" saymaları "nou xau" deyil. Hələ ilk Respublikanın mövcud olduğu 1919-cu ildə bu məsələ Paris Sülh konfransında qaldırılmışdı. Odur ki, Cümhuriyyət Nümayəndə heyəti konfransın rəsmi sənədlərinin bir çoxunda dövlətimizin adını Qafqaz Azərbaycanı kimi göstərmək məcburiyyətində qalmışdı”.

 

Modern.az xəbər verir ki, bu sözləri sabiq xarici işlər naziri, təqaüddə olan diplomat Vilayət Quliyev İran-Azərbaycan gərginliyinə münasibət bildirərkən deyib.

 

“Yaxşı, razılaşaq ki, tarixin müəyyən dönəmlərində bəzi Azərbaycan xanlıqları Səfəvilərin, Əfşarların, yaxud Qacarların nüfuz dairəsinin təsirində olublar.

 

Əcəba, bəs elə isə İran eyni iddianı rus işğalına sonuncu uğrayan və ərazisində bu gün Ermənistan adlı psevdodövlət yerləşən İrəvan xanlığına qarşı niyə qaldırmır? Axı onların məntiqi ilə indiki Ermənistan ərazisi də tarixi "İran torpaqları" sayılmalıdır! Bu əcaib istisna haradan qaynaqlanır?

 

Nədən bəzi mollabaşlar İran şahı Ağa Məhəmməd Qacarın öldürüldüyü Şuşa şəhərini qondarma "Arsax respublikasının" ərazisi kimi tanıyırdı? "Bura İran torpağıdır!"-demirdi?

 

Hansı fikirlə İsraildə səfirlik açan Ermənistanı öpüb gözlərinin üstünə qoyurlar, Azərbaycanda isə olmayan sionist axtarmaq fikrinə düşüblər? Məntiq haradadır?”, - V.Quliyev vurğulayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir