Modern.az

Gürcüstanın Saakaşvili MÜƏMMASI: Ölkəyə qayıdıb, ya yox?

Gürcüstanın Saakaşvili MÜƏMMASI: Ölkəyə qayıdıb, ya yox?

1 Oktyabr 2021, 11:42

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili ilə bağlı qeyri-müəyyənlik davam edir.

 

Modern.az xəbər verir ki, Batumidə olduğunu deyən siyasətçi 2-3 oktyabr tarixlərində paytaxt Tbilisyə gələcəyini söyləyib. O, tərəfdarlarını şəhərin mərkəzi küçələrində toplaşmağa çağırıb.

Gürcüstan DİN-i isə siyasətçinin ölkə sərhədlərini keçmədiyini və Gürcüstanda olmadığını elan edib.        

Hakim “Gürcü Arzusu” partiyasının sədri İrakli Kobahidze də siyasətçinin ölkəyə gəlmədiyini deyib. O, Saakaşvilini “kloun” adlandırıb.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır