Modern.az

Kreml Saakaşviliyə “İLİŞDİ”“O getdiyi yeri sirkə çevirir”

Kreml Saakaşviliyə “İLİŞDİ”: “O getdiyi yeri sirkə çevirir”

1 Oktyabr 2021, 13:51

Rusiya Mixail Saakaşvilinin Gürcüstana qayıtması xəbərinə reaksiya verib.

 

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov Saakaşvilini təhqir edib.

“Saakaşvili olan yer sirkdir. Əsas olan, həmin sirkin Saakaşvilinin olduğu ölkənin sakinlərinə təhlükə törətməməsidir. Şükürlər olsun ki, bu bizim məsələ deyil. Hələlik biz heç bir risk görmürük”.

 

Xatırladaq ki, Mixail Saakaşvili hazırda Gürcüstanda olduğunu bildirib. Ölkə rəsmiləri isə eks-prezidentin dövlət sərhədini keçmədiyini açıqlayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü