Modern.az

Xanım Məmmədovanın səs-küylü qətli - Polis harada SƏHV EDİB ...

Xanım Məmmədovanın səs-küylü qətli - Polis harada SƏHV EDİB ...

1 Oktyabr 2021, 15:25

Ötən gün Nizami Rayon Polis İdarəsinin (RPİ) Post Patrul Xidmətinin əməkdaşı, polis nəfəri İsmayıl Məmmədovun xidmətdə olarkən Polis Şöbəsində həyat yoldaşı Xanım Məmmədovanı qətlə yetirməsi gündəmin əsas müzakirə mövzusuna çevirilib. Əsas müzakirələr isə mərhumun qardaşı Aqil Əliyevin fikirlərindən sonra yaranıb. O deyib ki, polis əməkdaşı bacısına ərizə yazmaq üçün Şöbəyə getməyə təkid edib:

“Tədqiqatçının “narahat olmayın, polis şöbəsindəsiniz və mən polis mayoruyam, burada sizə heç kim heç nə edə bilməz” sözləri bacımı arxayın salıb. Elə bu söz vermədən sonra bacım şöbədəcə öldürülüb”.

 

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Kütləvi İnformasiya Vasitləri və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Modern.az-a bildirib ki, hazırda istintaq gedir:

 

“İstintaq sirri olduğu üçün bəzi məsələləri açıqlamaq hüquqaziddir”.

 

“Təmiz Dünya” Qadınlara İctimai Yardım Birliyinin sədri, Daxili İşlər Nazirliyi (DİN) yanında İctimai Şuranın üzvü Mehriban Zeynalova Modern.az-a bildirib ki, bu hadisə polis əməkdaşının qeyri-peşəkar olması səbəbindən baş verib:

 

“Məişət zorakılığı ilə bağlı problemlərdə riskin qiymətləndirilməsi mütləqdir. Bütün ölkələrdə riskin qiymətləndirilməsində polis-sosial işçi tandemi var. Çağırış zamanı sözlərin seçimi, onların bir otaqda görüşdürülməsi və s. göstərir ki, polis riski düzgün qiymətləndirə bilməyib. Riskin qiymətləndirilməsi zamanı əsas amil silah və onların tək görüşdürülməsidir. Yanlarında kimsə olsaydı, müdaxilə edə bilərdi”.

 

Onun sözlərinə görə, həmin prosesdə iştirak edən şəxs qeyri-peşəkar olublar:

 

“Qadını tələsik ərizə yazmağa dəvət etməsi, qadının dediklərini, onun hansı vəziyyətdə olmasını aydınlaşdıra bilməyib. Hər halda onlar belə hadisənin baş verməsini istəməzdilər.

Polisə mütəmadi məişət zəminində o qədər şikayətlər daxil olur ki, bu şikayətin də onlardan biri oluğunu düşünüblər.  Yaxud düşünüblər ki, həmkarı bölmədə hansısa pis addım ata bilməz. İstənilən halda nəticə göstərir ki, həmin polis məişət zorakılığının qiymətləndirilməsini bacarmayıb. Təbii olaraq, baş verənlərə görə məsuliyyət daşıyır”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi