Arxiv
1 Oktyabr 2021, 16:44 | MƏDƏNİYYƏT
Koronavirusa qurban gedən məşhurlarımız...

Bütün dünyanı ağuşuna alan koronavirus bəlası günü gündən can almaqda davam edir. Xüsusilə, Azərbaycanda koronavirusdan vəfat edən tanınmış şəxslər çoxluq təşkil edir.

 

Modern.az bu vaxta qədər koronavirusdan vəfat edən azərbaycanlı məşhurların siyahısını təqdim edir.  

 

Azərbaycan müğənnisi Səyyad Əlizadə sentyabrın 30-da koronavirus səbəbindən 63 yaşında vəfat edib.

 

 Xalq artisti Teymur  Mustafayev iyunun 11-də korona virusdan 82 yaşında dünyasını dəyişib.

 

Azərbaycanlı ustad ilk gitara ifaçısı, Xalq artisti Rafiq Hüseynov aprelin 5-də müalicə aldığı xəstəxanada koronavirus səbəbindən vəfat edib

 

 Əslən Güney Azərbaycandan olan tanınmış müğənni, Əməkdar artist Yaqub Zurufçu 14 sentyabrda 65 yaşında  koronadan  vəfat edib.

 

Azərbaycan Respublikasının Xalq artisti  Arif Quliyev  mayın 7-də  70 yaşında koronavirusdan dünyasını dəyişib.

 

Müğənni, əməkdar artist Baloğlan Əşrəfov  26 apreldə 69 yaşında korona virusdan vəfat edib.

 

Humay İsgəndərova

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv