Modern.az

Humanitar Kollecin 67 müəllimi işdən çıxarılıb? - RƏSMİ

Humanitar Kollecin 67 müəllimi işdən çıxarılıb? - RƏSMİ

2 Oktyabr 2021, 10:37

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdindəki Humanitar Kollecdə 67 müəllimin işdən çıxarılması ilə bağlı məlumat həqiqəti əks etdirmir.

 

Bu barədə Modern.az-a tədris işləri üzrə direktor müavini Kamran Məsimov məlumat verib. O qeyd edib ki, Humanitar Kollec 2021-ci ildə publik hüquqi şəxs kimi qeydiyyatdan keçib və sözügedən təhsil müəssisəsində bununla bağlı bir sıra təşkilati dəyişikliklər həyata keçirilməkdədir:

"Bu dəyişikliklər nəticəsində Kollecin işinin daha səmərəli və optimal qaydada təşkili məqsədilə bir sıra struktur bölmələri yenidən təşkil olunur və bu bölmələrdə çalışan müəllimlərə dərs saatları təklif edilir.

 

Bundan əvvəl cəmi 1400 tələbəsi olan təhsil müəssisəsində dərs deyən müəllimlərin sayı 320 nəfər təşkil edib. Bu isə orta ixtisas təhsil müəssisələrinin müvafiq nümunəvi ştat cədvəllərində nəzərdə tutulmuş saylara uyğun deyil. Müəyyən edilib ki, Humanitar Kollecin müəllimləri arasında bəzi müəllimlər orta ixtisas müəllimlərdir ki, bu da qanunvericiliyin tələblərinə ziddir.

Hazırda struktur dəyişiklərin həyata keçirilməsi istiqamətində görülən işlər davam etdirilir".

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü