Modern.az

Rəsmi Tbilisi Saakaşvilini dövlət çevrilişinə cəhddə İTTİHAM ETDİ

Rəsmi Tbilisi Saakaşvilini dövlət çevrilişinə cəhddə İTTİHAM ETDİ

2 Oktyabr 2021, 10:47

Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının sədri İrakli Kobahidze Mixail Saakaşvilini dövlət çevrilişinə cəhddə ittiham edib.

 

Modern.az Gürcüstan KİV-nə istinadən xəbər verir ki, o, eks-prezidentin bu cəhdlərinin baş tutmadığını əlavə edib.

“O, Gürcüstana dövlət çevrilişinə cəhd hədələrini reallaşdırmaq və iğtişaşlar törətmək üçün gəlib. Hüquq-mühafizə orqanları yeni cinayətin qarşısını almaq üçün bütün müvafiq addımları atıb”-deyə Kobahidze açıqlama verib.

 

Xatırladaq ki, Mixail Saakaşvili ötən gecə saxlanılıb. O, hazırda Rustavi həbsxanasında saxlanılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?