Modern.az

Mətbuat katibi yenidən efirə qayıdır: ““Space TV”-yə yeni xəbər mühiti gətirəciyik”

Mətbuat katibi yenidən efirə qayıdır: ““Space TV”-yə yeni xəbər mühiti gətirəciyik”

2 Oktyabr 2021, 12:29

ATV-nin keçmiş xəbər aparıcısı Ceyhun Səfərov yeni mövsümdə “Space TV”-də aparıcılıq edəcək. Onun yer aldığı anons artıq televiziyanın efirində yayımlanır. 

Tanınmış jurnalist yenidən efirə qayıtmağı barədə Modern.az-a danışıb.

 

Onun sözlərinə görə, “Space TV” yenilənir, çox fərqli bir təqdimatla yeni mövsümə başlayır:

“Mən yenə də mətbuat katibliyində çalışmağıma davam edirəm. Azərbaycanın ən böyük layihələrinin icraçısı olan “Azvirt” Məhdud Məsuliyyətli Cəmiyyət baş direktorun Mətbuat və İnformasiya məsələləri üzrə müşavirəm. O, şirkət ki, Füzuli, Zəngəzur, Laçın Beynəlxalq Hava Limanlarının uçuş-enmə zolaqları və digər işlərin icrası ilə məşğul olur. Televiziyada çalışmaq mənə əlavə təklif kimi gəldi. Bir müddət düşündüm, görüş keçirdik. Düşündüm ki, “Space TV” yenilənir, yeni nəfəs gəlir, yeni heyət yığılır, həm bu kanalın uzun tarixi var, çoxdan fəaliyyət göstərən kanallarımızdandır”.

 

C.Səfərov bildirib ki, “Space TV”-də yeni xəbər mühiti olacaq, təqdimatlar dəyişəcək:

“Eyni zamanda, mənə maraqlı gəldi. Mən həmişə xəbər redaksiyalarında işləmişəm. Fikirləşdim ki, təcrübəm var və onlarla bölüşüm. Təşəkkür edirəm ki, mənə etimad göstəriblər. İnanıram ki, “Space TV”-yə yeni xəbər mühiti gətirəcəyik. Orada xəbər təqdimatı dəyişəcək, daha peşəkar olacaq. Bir sözlə, hər şey yaxşı olacaq”.

 

Qeyd edək ki, tək Ceyhun Səfərov deyil, efirlərdə hər kəsin tanıdığı bir çox aparıcı yeni mövsümdə “Space TV”-də çalışmağa başlayacaq.

Xatırladaq ki, C.Səfərov son 2 ildə "Azəriqaz" İstehsalat Birliyinin mətbuat katibi olaraq fəaliyyət göstərib.

 

Fidan İlqar

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu