Modern.az

Diaspor təşkilatları Fransa rəhbərliyinə MÜRACİƏT ETDİ

Diaspor təşkilatları Fransa rəhbərliyinə MÜRACİƏT ETDİ

Diaspor

2 Oktyabr 2021, 12:37

Fransada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları 27 sentyabr – Anım Günü ilə əlaqədar Fransanın siyasi rəhbərliyinə müraciət edib.

 

Modern.az xəbər verir ki, Fransa–Azərbaycan Dialoqu Assosiasiyası, “Ulduz” Mədəniyyət Assosiasiyası, “Alim” Elmi Birliyi, Fransa–Azərbaycan Gənclər Assosiasiyası, Fransada Azərbaycan Mədəniyyət Assosiasiyası, Fransada Azərbaycanlı Tələbələr Assosiasiyası, Fransa–Azərbaycan icmasının imzaladığı müraciət Fransa  prezidenti Emmanuel Makrona, Avropa və xarici işlər naziri Jan-İv Le Driana, Milli Assambleyanın sədri Riçard Ferrana, Senatın prezidenti Jerar Larşeyə ünvanlanıb.

 

Müraciətdə 27 sentyabr 2020-ci il tarixində başlayan və 44 gün davam edən II Qarabağ müharibəsi nəticəsində Azərbaycanın 30 il öncə Ermənistan ordusu tərəfindən qeyri-qanuni olaraq işğal edilmiş ərazilərini azad etdiyi, Azərbaycan tarixinin və mədəniyyətinin əhəmiyyətli hissəsi olan Qarabağ bölgəsinin işğal dönəmində ermənilər tərəfindən tamamilə dağıdıldığı, hazırda bu ərazilərdə yenidənqurma və bərpa işləri üzrə iri layihələrin sürətlə həyata keçirildiyi və sair barədə ətraflı məlumat verilib.

 

Fransadan gözləntilərini ifadə edən diaspor təşkilatları ölkənin siyasi rəhbərliyini  Azərbaycan ərazilərində Ermənistanın qeyri-qanuni olaraq yerləşdirdiyi ölümsaçan minaların basdırıldığı ərazilərin xəritələrini təhvil verməsi məsələsini dəstəkləməyə, Ermənistanla yaratmaq istədiyimiz sülh prosesində Azərbaycanla yanaşı dayanmağa çağırıb.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür