Modern.az

Gürcüstanın 5 şəhərində seçkilər ikinci tura qaldı

Gürcüstanın 5 şəhərində seçkilər ikinci tura qaldı

Aktual

3 Oktyabr 2021, 11:25

Tbilisi, Rustavi, Kutaisi, Poti və Batumidə bələdiyyə seçkilərinin ikinci turunun keçirilməsi gözlənilir.

 

Modern.az Gürcüstan mediasına xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyasının ilkin məlumatlarına qeyd olunub. Məlumata əsasən, 5 böyük şəhərdən 3-də, -Rustavi, Kutaisi və Batumidə müxalif "Vahid Milli Hərakat"ın namizədləri öndədir. Belə ki, Tbilisidəki 769 seçki məntəqəsindən 320-nin məlumatları indiyədək sayılıb və nəticələrə görə, "Gürcü Arzusu" nun namizədi Kaxa Kaladze 45,5%, "Vahid Milli Hərəkat"ın namizədi Nika Melia 34,13%, "Gürcüstan Naminə" partiyasının namizədi Giorgi Qaxaria isə 8,97% səs toplayıb.

 

Rustavidəki 88 seçki məntəqəsindən 42-nin açıqlandığı səs faizlərinə görə, "Vahid Milli Hərəkat" ın namizədi Davit Kirkitadze 44.53%, "Gürcü Arzusu" namizədi Nino Latsabidze isə 44,34% səs toplayıb. Kutaisidə 124 seçki məntəqəsindən 51-nin açıqlandığı səs faizlərinə görə, "Vahid Milli Hərəkat"ın namizədi Xatia Dekanoidze 43.75%, "Gürcü Arzusu" namizədi İoseb Xaxaleişvili isə 41,86% səs toplayıb. Potidəki 33 seçki məntəqəsindən hazırda sayılan 18-nin məlumatlarına əsasən, "Gürcü Arzusu" namizədi Beka Vaçaradze 47.73%, "Vahid Milli Hərəkat"ın namizədi Gigi Ugulava isə 37.44% səs toplayıb. Batumidə 105 məntəqədən hazırda sayılan 34 məntəqənin nəticələrinə görə, "Vahid Milli Hərəkat"ın namizədi Giorgi Kirtadze 42,35%, "Gürcü Arzusu"nun namizədi Arçil Çikovani isə 41,49% səs toplayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı