Modern.az

Türkiyə və Azərbaycan Naxçıvanda yeni hərbi təlimlərə başlayır

Türkiyə və Azərbaycan Naxçıvanda yeni hərbi təlimlərə başlayır

3 Oktyabr 2021, 15:19

Türkiyə Silahlı Qüvvələri Azərbaycan Ordusuna dəstək məqsədi ilə Ermənistan işğalından azad edilmiş bölgələrdə minatəmizləmə əməliyyatlarını, modernləşdirmə və təlim fəaliyyətlərini dəstəkləməyə davam edir.

 


Modern.az xəbər verir ki, "Qardaş Tugay" layihəsi, Türkiyə ilə Azərbaycan arasında hərbi sahədə qarşılıqlı əlaqəni təmin etmək, təlim planlaşdırma, idarəetmə və icra prinsiplərini uyğunlaşdırmaq üçün başladılıb.
Hazırda Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti ilə Türkiyə Silahlı Qüvvələri arasında birgə təlimlər davam edir.

 


Türkiyə Milli Müdafiə Nazirliyinin yaydığı açıqlamaya görə, “Sarsılmaz Qardaşlıq-2021” təlimi 05-08 oktyabr 2021-ci il tarixləri arasında Naxçıvan Muxtar Respublikasında başlayacaq:

 


“Təlimin məqsədi Türkiyə və Azərbaycan Quru Qüvvələri arasında dostluğu, əməkdaşlığı və koordinasiyanı inkişaf etdirməkdir.
"İki dövlət, bir millət!" şüarı ilə indiyə qədərki kimi bütün imkanlarımızla kədər və sevinc içində birlikdə olduğumuz azərbaycanlı qardaş və bacılarımızın yanında olmağa davam edəcəyik”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub