Modern.az

İndiyədək Suqovuşandan istifadə olunan suyun HƏCMİ

İndiyədək Suqovuşandan istifadə olunan suyun HƏCMİ

3 Oktyabr 2021, 17:49

Talış və Suqovuşanın işğaldan azad edilməsindən indiyə qədər oradakı su anbarlarından 183 milyon kub su istifadə etmişik”.


Bunu Modern.az-a Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov deyib. O qeyd edib ki, son bir ildə həmin ərazilərdəki su mənbələri hesabına Azərbaycanın digər bölgələrində ortalama hesabla 36 min hektar ərazi suvarılıb:


“Xüsusilə, Goranboy, Tərtər, Yevlax, Bərdə rayonlarının ərazisinin su təminatının yaxşılaşdırılmasında həmin su anbarları mühüm rol oynayıb.
Üstəlik bunu da qeyd etməliyik ki, Talış və Suqovuşan ərazisi minalardan tam olaraq təmizlənməyib. Orada təmzilənmə prosesi tam başa çatdıqda, su ehtiyatlarından daha səmərəli şəkildə istifadə ediləcək. Suyun keyfiyyəti, təhlükəsizlik məsələləri və s. tam həyata keçirildikdən sonra istifadə imkanları daha da artacaq. Həmin ərazilərdə bolsulu çaylarımız da var.

 

Əksəriyyəti təhlükəsizlik və qiymətləndirmə prosesləri ilə bağlı hələlik istifadəsiz qalır. Orada təsərrüfatın bərpası, əkin-biçin ərazilərinin yenidən istifadəsi zamanı da su anbarları çox köməyimizə çatacaq”.

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü