Modern.az

Ölkə üzrə yoluxmada son STATİSTİKA

Ölkə üzrə yoluxmada son STATİSTİKA

Aktual

4 Oktyabr 2021, 10:00

Ölkə üzrə COVID-19 virusuna son yoluxma statistikası açıqlanıb. Modern.az koronavirusinfo.az saytındakı sonuncu məlumatlara istinadən xəbər verir ki, paytaxtda yoluxma faizi 54.3 faizdən 54.2 faizə enib.

Sonrakı yerlərdə 13.4 faizlə Abşeron, 12.1 faizlə Aran, 7 faizlə Gəncə-Qazax, 3.6 faizlə Şəki-Zaqatala, 3 faizlə Quba-Xaçmaz, 2.5 faizlə Lənkəran, 2.3 faizlə Dağlıq Şirvan, 1.5 faizlə Yuxarı Qarabağ qərarlaşıb.

Ölkə üzrə ən aşağı yoluxma ənənəvi olaraq, Naxçıvan Muxtar Respublikasındadır. Buna baxmayaraq, ötən statistikada Muxtar Respublikada yoluxma faizi ötən statsitika ilə müqayisədə dəyişməz qalıb- 0.7 faiz.

Rəsmi məlumata görə, ölkə xairicində yoluxanlar ümumi yoluxanların faizi 0.4 faizini təşkil edir.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir