Modern.az

Bu il övladlığa verilənlər, valideynlik hüququndan məhrum EDİLƏNLƏR...

Bu il övladlığa verilənlər, valideynlik hüququndan məhrum EDİLƏNLƏR...

Mədəni̇yyət

4 Oktyabr 2021, 15:20

“2021-ci ildə Agentlik tərəfindən 86 uşaq övladlığa verilib. Eləcə də 1 noyabr 2019-cu il tarixinə qədər övladlığa verilmiş uşaqlardan 6-nın övladlığa götürülməsi ləğv edilib”.

 

Bunu Modern.az-ın sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Murad Həşimov  bildirib.

 

O qeyd edib ki, bu il 2 uşağın valideynləri valideynlik hüququndan məhrum edilib:

 

“Prezidentin müvafiq fərmanı əsasında 1 noyabr 2019-cu ildən etibarən övladlığagötürmə sahəsində dövlət siyasətini və tənzimləməni, o cümlədən bu sahə ilə əlaqədar fərmanın nəzərdə tutuduğu öhdəlikləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir. Ötən ildən bu sahədə fəaliyyətin aparılması ƏƏSMN tabeliyində Sosial Xidmətlər Agentliyinə tapşırılıb.

 

Bu fəaliyyət elektronlaşdırılıb və hazırda fəaliyyət göstərən adoption.mlspp.gov.az altsistemi vasitəsilə övladlığagötürmə prosesinin əlçatanlığı, operativliyi və şəffaflığı maksimuma çatdırılıb”.

 

 

Onun sözlərinə görə, Sosial Xidmətlər Agentliyi tərəfindən övladlığa verilən uşaqların mütəmadi olaraq monitorinqi də həyata keçirilir.

 

Fidan İlqar

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır